Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib

Xəbərlər
22 Yanvar 2026 10:54
42
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib

Azərbaycan UEFA reytinqində bir pillə yüksəlib.

İdman.Biz xəbər verir ki, buna “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunu (3:2) məğlub etməsi səbəb olub.

Qazanılan qələbə ölkə reytinqinə 0,500 əmsal qazandırıb. Bununla da Azərbaycanın ümumi göstəricisi 22,750-yə yüksələrək ölkəni 27-ci pilləyə daşıyıb.

Hazırda 28-ci sırada qərarlaşan Slovakiyanın hesabında 22,375 əmsal var.

Qeyd edək ki, 55 ölkənin yer aldığı reytinq cədvəlinə 106,991 əmsalla İngiltərə liderlik edir.

İdman.Biz