Mehriban Qadın Uşaq Sığınacağının sosial şəbəkə hesabında “Qarabağ” - “Ayntraxt” oyununu izləyən azyaşlıların videosu paylaşılıb.
İdman.Biz xəbər verir ki, videoda onların “Qarabağ”ın zəfərinə necə sevindikləri əksini tapıb.
“Əkbər sevincindən bütün sığınacağı oyatdı”, - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda Almaniya təmsilçisi “Ayntraxt” üzərində 3:2 hesablı tarixi qələbə qazanıb.
Xatırladaq ki, Əkbər Zülfüqarov bir müddət əvvəl “Qarabağ”ın “Ayaks”la oyununu sığınacaqda tək izləməsi ilə gündəmə gəlmiş, sonradan klub rəhbərliyi, eləcə də, komandanın baş məşqçisi Qurban Qurbanov onunla görüşmüşdü.
