İtaliyanın “İnter” klubu Zaqreb “Dinamo”sunun müdafiəçisi Leon Yakiroviçi transfer etməyə yaxındır. Milan təmsilçisi gənc futbolçu uğrunda mübarizədə Avstriyanın “Zaltsburq” klubunu qabaqlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “İnter” Yakiroviç üçün Xorvatiya klubuna 2,5 milyon avro (təxminən 4,9 milyon AZN) ödəyəcək. Müqavilədə əlavə olaraq 2 milyon avro (təxminən 4 milyon AZN) bonus bəndi də yer alıb.
