Almaniya Bundesliqasının 18-ci turunda "Auqsburq" "Frayburq"u qəbul edib.
İdman.Biz xəbər verir ki, dramatik keçən oyun 2:2 hesabı ilə başa çatıb.
Hesabı 47-ci dəqiqədə "Auqsburq"dan Aleksis Klod-Moris açıb. İki dəqiqə sonra Elvis Recebçay hesabı 2:0 edib. Qonaqların bərabərlik qollarını 60-cı dəqiqədə Suzuki və 62-ci dəqiqədə Matanoviç vurub.
Hazırda "Auqsburq" turnir cədvəlində 16 xalla 15-ci, "Frayburq" isə 24 xalla səkkizincidir.
21:38
“Ştutqart” Almaniya Bundesliqasının 18-ci turunda öz meydanında “Union”la bərabərə qalıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmada hesab 59-cu dəqiqədə meydan sahiblərinin hücumçusu Kris Fuxrixin qolu ilə açılıb. Lakin qonaqlar məğlubiyyətdən 83-cü dəqiqədə yarımmüdafiəçi Çon U Yenin dəqiq zərbəsi sayəsində xilas olublar.
Bu nəticədən sonra “Ştutqart” 33 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Union” isə 24 xalla səkkizinci mövqedə yer alır.
