“Çelsi” gənc fransız müdafiəçi üçün böyük məbləğ ayırdı

Xəbərlər
18 Yanvar 2026 16:31
45
“Çelsi” gənc fransız müdafiəçi üçün böyük məbləğ ayırdı

İngiltərənin “Çelsi” klubu müdafiə xəttini gənc futbolçu ilə gücləndirməyi planlaşdırır.

İdman.Biz xəbər verir ki, London təmsilçisi Fransanın “Renn” klubunda çıxış edən Jeremi Jake üçün 50 milyon avro (100 milyon AZN) ödəməyə hazırdır.

Fransa U-21 millisinin üzvü olan 20 yaşlı müdafiəçinin “Renn”lə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

Məlumata görə, Fransa klubu gənc futbolçunu satmaq niyyətində olsa da, onun üçün 60 milyon avrodan (120 milyon AZN) yuxarı məbləğ tələb edir. Jaken bu mövsüm Liqa 1-də demək olar ki, bütün oyunlarda iştirak edərək stabil çıxışı ilə diqqət çəkib.

İdman.Biz
Məqalədə: