“Araz-Naxçıvan” təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.
İdman.Biz xəbər verir ki, Naxçıvan təmsilçisi “Zaqatala” ilə qarşılaşmada 4:0 hesablı qələbə qazanıb. Komandanın qollarını Boli, Patrik Andrade, Hamidu Keyta və Ülvi İsgəndərov vurublar.
Beləliklə, “Araz-Naxçıvan” təlim-məşq toplanışını uğurlu nəticə ilə başa vuraraq rəsmi oyunlar öncəsi yaxşı forma nümayiş etdirib.
