Rafinya "El-Klassiko" öncəsi komanda yoldaşlarına sərt mesaj veribmiş

Xəbərlər
15 Yanvar 2026 14:19
51
Rafinya "El-Klassiko" öncəsi komanda yoldaşlarına sərt mesaj veribmiş

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Rafinya "El-Klassiko" öncəsi komanda daxilində emosional çıxış edibmiş.

İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu komanda yoldaşları qarşısında çox ciddi, sərt və təsirli çıxış edərək bu finalın “əsl müharibə” olduğunu bildirib.

Rafinya çömbələrək komanda yoldaşlarına xitab edib və onlara “Santyaqo Bernabeu” stadionunda baş verənləri xatırladıb.

O, həmçinin “Real Madrid”in əvvəlki qələbəsini necə qeyd etdiyini, xüsusilə də onların Lamin Yamala münasibətini vurğulayıb və bu davranışın yadda qaldığını bildirib.

İdman.Biz