Tehranda gənc futbolçu etirazlar zamanı öldürülüb

Xəbərlər
15 Yanvar 2026 10:36
51
Tehranda gənc futbolçu etirazlar zamanı öldürülüb

İranda etirazlar zamanı daha bir futbolçunun öldürüldüyü bildirilir.

İdman.Biz xəbər verir ki, 17 yaşlı məktəbli və “Saypa”nın yeniyetmələr komandasında çıxış edən Rəbin Muradi odlu silahla arxadan vurularaq öldürülüb.

Sələsbabacanidən olan yeniyetmə futbolçu paytaxtın uşaq-gənclər futbolunda istedadlardan biri kimi tanınıb.

Rəbin Muradi futboldan əlavə üzgüçülük və güləş növlərində də çempionluq titullarına malik olub.

Qeyd edək ki, bundan əvvəl də “Traktor”un keçmiş futbolçusu Müctəba Tərşizin öldürülməsi barədə məlumat yayılıb.

İdman.Biz