Minifutbol üzrə ölkə çempionatında onuncu tur yekunlaşıb

Xəbərlər
15 Yanvar 2026 00:06
43
Minifutbol üzrə ölkə çempionatında onuncu tur yekunlaşıb

Minifutbol üzrə ölkə çempionatında 10-cu turun oyunları başa çatıb.

İdman.Biz bildirrir ki, ikinci oyun günündə dörd qarşılaşma keçirilib.

“DİN İdman cəmiyyəti” “Gənclərbirliyi”ni böyük hesabla məğlubiyyətə uğradıb – 5:0.

“Aznur” çətinliklə “Galaxy” kollektivinə qalib gəlib – 2:1.

“Sumqayıt” da “Borçalı”nın öhdəsindən minimal hesabla gəlib – 1:0.

“Star Bakı” gərgin keçən oyunda geridönüşlə “Cənub Storm”u məğlub edib – 5:4.

Turun dünən keçirilən oyunlarında isə aşağıdakı nəticələr qeydə alınmışdı:

“Lerik Əvilə” – “Buxar” – 0:4
“Siyəzən MFK” – “Bakı 145” – 4:8
“Lənkəran MFK” – “Birbaşa Bakı” - 1:8
“Atəşgan Suraxanı” – “Zirə” – 4:6

İdman.Biz