“Səfərbər və hazıram” - Kriştianu Ronaldu mesaj verdi - FOTO

Xəbərlər
7 Yanvar 2026 14:28
52
“Səfərbər və hazıram” - Kriştianu Ronaldu mesaj verdi - FOTO

Səudiyyənin “Əl-Nəsr” komandasının və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu sosial şəbəkə hesabında yeni paylaşım edib və hazır olduğunu göstərən mesaj verib.

İdman.Biz xəbər verir ki, 39 yaşlı futbolçu son məşqdən fotolar paylaşaraq onları “səfərbər və hazıram” sözləri ilə şərh edib.

Xatırladaq ki, yanvarın 2-də Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-Əhli” ilə oyunda (2:3) Ronaldu qol vura bilmədi və komandası məğlub oldu. Bu, onun sentyabrın 14-dən bəri çempionatda ilk qolsuz matçı idi. Həmin vaxt “Əl-Nəsr” ikinci turda “Əl-Holud”u 2:0 hesabı ilə məğlub etmişdi.

Cari mövsümdə Kriştianu Ronaldu “Əl-Nəsr”in heyətində Səudiyyə Ərəbistanı Pro Liqasında 12 oyuna çıxıb, 13 qol vurub və bir məhsuldar ötürmə edib.

İdman.Biz