“Fənərbağça”nın müdafiəçisi İtaliya klubunun diqqətini çəkib

Xəbərlər
7 Yanvar 2026 12:02
63
“Fənərbağça”nın müdafiəçisi İtaliya klubunun diqqətini çəkib

Türkiyənin “Fənərbağça” klubunun 24 yaşlı müdafiəçisi Jayden Oostervoldeyə İtaliya A Seriyasından maraq var.

İdman.Biz xəbər verir ki, hollandiyalı futbolçu uğurlu çıxışı ilə Avropa klublarının diqqətini cəlb etməyə davam edir.

İtalyan jurnalist Matteo Morettonun məlumatına görə, “Roma” Jayden Oostervoldeni transfer etmək üçün “Fənərbağça” ilə danışıqlara başlayıb.

Qeyd olunur ki, klublar arasında ilkin təmaslar qurulub və futbolçu İtaliyaya qayıtmağa açıqdır. Oostervolde 2022–2023 mövsümündə başqa bir İtaliya təmsilçisi olan “Parma”da çıxış edib.

“Fənərbağça” ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədər olan 24 yaşlı oyunçu bu mövsüm 26 matçda 2269 dəqiqə meydanda olub.

İdman.Biz