Faiq Hacıyev: “Az oynamağımla bağlı heç nə deyə bilmərəm”

Xəbərlər
6 Yanvar 2026 15:22
77
Faiq Hacıyev: “Az oynamağımla bağlı heç nə deyə bilmərəm”

“Komanda olaraq hədəflərimiz var. Buna nail olmaq üçün hamımız səylə çalışırıq. Ümid edirəm ki, mövsümün sonunda istəyimizə çatarıq”.

Bu sözləri “Turan Tovuz”un futbolçusu Faiq Hacıyev deyib.

Mövsümün ilk yarısında 13 oyunda 879 dəqiqə meydanda olan 27 yaşlı müdafiəçi qərb təmsilçisindəki taleyi ilə bağlı da danışıb.

“Ötən mövsümə nisbətən bu il az oynamışam. Bu, baş məşqçinin qərarıdır və hörmətlə yanaşıram. “Turan Tovuz”dan ayrılmaq? İndi nəsə demək çətindir. Qış fasiləsində başqa klublarda təklif almamışam. Az oynamağımla bağlı heç nə deyə bilmərəm. Dediyim kimi, baş məşqçinin qərarıdır. Mən futbolçu olaraq məşq edib, meydana çıxmaq üçün mübarizə aparmalıyam”, - deyə sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, hazırda aktivində 27 xal olan “Turan Tovuz” qış fasiləsinə dördüncü pillədə yollanıb. 14-cü turda keçirilməli olan “Turan Tovuz” - “Qəbələ” ilə matçı dumanlı hava şəraiti səbəbindən təxirə salınıb.

İdman.Biz