“Qəbələ” komandası heyətinə daha iki oyunçu cəlb etmək istəyir.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, bölgə təmsilçisi hücum və müdafiə xəttinə oyunçular almağı planlaşdırır.
Klub rəhbərliyi hazırda üç oyunçu ilə danışıqlar aparır. Onların arasında Braziliya və Afrika ölkələrinin təmsilçiləri də var.
Qeyd edək ki, “Qəbələ” ötən gün seneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə 6 ay +1 illik müqavilə imzalayıb.
