Vensan Abubakar “Neftçi”dən ayrılır? - Klubdan AÇIQLAMA

Xəbərlər
5 Yanvar 2026 13:36
115
Vensan Abubakar “Neftçi”dən ayrılır? - Klubdan AÇIQLAMA

“Neftçi”nin ulduz futbolçusu Vensan Abubakar Braziliyanın “Vasko de Qama” komandasına keçə bilər.

Bu barədə insayder Felipe Silva məlumat yayıb.

Kamerunlu hücumçunun transferdə maraqlı olduğu deyilir.

Mövzu ilə bağlı “Neftçi”dən offsideplus.az saytının sorğusuna cavab olaraq bildirilib ki, hazırda sözgedən məsələ gündəmdə deyil:

“Abubakar “Neftçi”nin futbolçusudu. Hazırda komanda ilə birlikdə Abu-Dabidə qış toplanışında iştirak edir”.

Qeyd edək ki, Bakı təmsilçisi 2025-ci ilin oktyabrında Vensan Abubakarla 1+1 illik müqavilə imzalayıb.

İdman.Biz