“Neftçi”nin futbolçusu Sessi Dalmeyda zədələnib.
İdman.Biz Afrika mediasına istinadən xəbər verir ki, Benin yığmasının düşərgəsində olan yarımmüdafiəçi Afrika Millətlər Kubokunda Botsvana ilə matçda xəsarət alıb.
Oyunçu bir ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Benin - Botsvana matçı birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
