İngiltərənin “Mançester Siti” komandasının hücumçusu Rayan Şerki komandanın baş məşqçisi Xosep Qvardiola ilə işləmək təcrübəsi barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, fransalı futbolçu klubun rəsmi saytına açıqlamasında Qvardiolanın oyuna verdiyi intensivliyi və fəlsəfəsini hər zaman nümunə saydığını bildirib.
“Hər şey Qvardiolanın oyun stilinə verdiyi intensivliklə bağlıdır. Onun idmana nə qədər güc sərf etməsi, hər gün bu işə nə qədər enerji və emosiya qatması insanı heyran edir.
Pep həmişə mənim futbolu necə gördüyümü təcəssüm etdirib. Peşəkar yoluma başlayandan Qvardiolanın stilində oynamaq istəmişəm. “Mançester Siti”yə keçəndə onun ideyalarını daha yaxşı anladım, mənim üçün daha asan oldu və bu, yaxşı bir uyğunluqdur”, - deyə Şerki söyləyib.
