İngiltərənin “Tottenhem” klubu sabiq baş məşqçisi Maurisio Poçettinonu yenidən komandanın sükanı arxasına qaytarmaq variantını nəzərdən keçirir.
İdman.Biz xəbər verir ki, London təmsilçisinin rəhbərliyi bu məsələni klub daxilində müzakirə edib.
Poçettino daha əvvəl 2014–2019-cu illərdə “Tottenhem”i çalışdırıb və bu müddətdə komandanı Çempionlar Liqasının finalına çıxarıb.
