İngiltərə Premyer Liqasının(İPL) 2025-ci il üçün azarkeşlər tərəfindən simvolik yığması müəyyən edilib.
İdman.Biz xəbər verir ki, “Sport Şredinger”in yaydığı məlumata görə, azarkeşlərə 123 futbolçudan ibarət siyahı təqdim edib.
Daha sonra azarkeşlərin səsverməsi nəticəsində 11 ən yaxşı oyunçu müəyyənləşdirilib.
Simvolik komandada İPL-in yeddi klubunun futbolçuları yer alıb.
“Arsenal” və “Kristal Pelas” bu siyahıya hərəyə iki futbolçu ilə təmsil olunub.
Diqqətçəkən məqam ondan ibarətdir ki, simvolik yığmada “Liverpul”dan heç bir oyunçu yer almayıb.
Azarkeşlərin versiyasına görə, 2025-ci ilin Premyer Liqasının simvolik yığması aşağıdakı kimidir:
Qapıçı:
– David Raya (“Arsenal”)
Müdafiəçilər:
– Daniel Munyos (“Kristal Pelas”)
– Mark Gexi (“Kristal Pelas”)
– Ris Ceyms (“Çelsi”)
– Qabriel Maqalyayes (“Arsenal”)
– Yurriyen Timber (“Arsenal”)
Yarımmüdafiəçilər:
– Deklan Rays (“Arsenal”)
– Bruno Fernandeş (“Mançester Yunayted”)
– Morqan Rocers (“Aston Villa”)
Hücumçular:
– Antuan Semenyo (“Bornmut”)
– Erlinq Holand (“Mançester Siti”)

