“Beşiktaş” Rafa Silva ilə bağlı qərarını açıqladı

Xəbərlər
2 Yanvar 2026 18:15
72
“Beşiktaş” Rafa Silva ilə bağlı qərarını açıqladı

Türkiyənin “Beşiktaş” klubunun qış fasiləsində Antalyada keçirəcəyi hazırlıq düşərgəsinin heyəti açıqlanıb.

İdman.Biz xəbər verir ki, siyahı açıqlanarkən iki futbolçunun - Jonas Svensson və David Yuraşekin müqaviləsinə xitam verilməsi ilə bağlı danışıqlar aparıldığı üçün onların düşərgə heyətinə daxil edilmədiyi bildirilib.

Bununla yanaşı, uzun müddətdir forma geyinməyən və komandadan ayrılması gündəmdə olan portuqaliyalı futbolçu Rafa Silva Antalya toplanışının heyətinə salınıb. O, bu mövsüm “Beşiktaş”ın heyətində 16 oyunda meydana çıxıb və son olaraq 2 noyabrda “Fənərbağça” ilə derbidə forma geyinib.

İdman.Biz