Musa Qurbanlının toyundan yeni görüntülər yayılıb - FOTO

Xəbərlər
29 Dekabr 2025 16:40
56
Musa Qurbanlının toyundan yeni görüntülər yayılıb - FOTO

Tanınmış idman aparıcı Sənan Şəfizadə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlının üç ay öncə baş tutmuş toyundan yeni fotolar paylaşıb.

İdman.Biz xəbər verir ki, fotolardan toyda həm də dövlət rəsmiləri və tanınmış simalar iştirakı görünür.

Onların arasında iqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, sabiq korpus komandiri general-leytenant Mais Bərxudarov və digər vəzifəli şəxslər olub.

Qeyd edək ki, Azərbaycan millisi və “Qarabağ”ın futbolçusu Musa Qurbanlı bu ilin sentyabrında “Qoçət” restoranlar şəbəkəsinin sahibi Sənan Təhməzovun qızı ilə ailə həyatı qurub.

İdman.Biz