Almaniyalı futbolçu 2026 Dünya Çempionatında Lionel Messinin mümkün çıxışı ilə bağlı fikirlərini bölüşüb
ABŞ-nin “Vankuver Uaytkeps” klubunun yarımmüdafiəçisi Tomas Müller Argentina millisinin kapitanı Lionel Messinin 2026 Dünya Çempionatında mümkün iştirakı barədə danışıb.
İdman.Biz xəbər verir ki, Müller MagentaTV-yə müsahibəsində Messinin mundialda oynamasının maraqlı ola biləcəyini deyib və bunun komandanın balansına ciddi təsir göstərəcəyini vurğulayıb.
“Fikrimcə, onun orada olması maraqlı olardı. MLS finalında top ona çatanda o, çox iti idi, lazımi zonalara girirdi və çoxlu qol imkanları yaradırdı. Amma düşünmürəm ki, belə spontan oyun hazırda milli komanda səviyyəsində eyni şəkildə işləyər”, - deyə Müller vurğulayıb.
Qeyd edək ki, alman ulduz “Vankuver”ə transfer olunarkən komanda yoldaşlarına, “mən Messini yenidən ovlayacağam”, - deyə bildirmişdi. Buna səbəb isə statistika Müllerin Messiyə qarşı açıq üstünlüyü idi. Dünya çempionatları və Çempionlar Liqasındakı qarşıdurmalarda Tomas Müller 7 qələbə, Lionel Messi isə 3 qələbə qazanıb.
MLS Kubokunun finalından sonra isə Müller bu dueldən Messinin qalib ayrıldığını açıqlamışdı.
