Qara Qarayev “Araz-Naxçıvan”ı tərk etdi

Xəbərlər
25 Dekabr 2025 16:00
48
Qara Qarayev “Araz-Naxçıvan”ı tərk etdi

“Araz-Naxçıvan” klubu Qara Qarayevlə yolları ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu məlumat yayıb.

Təcrübəli yarımmüdafiəçi klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib. Futbolçunun müraciətini nəzərə alan klub rəhbərliyi ona xidmətlərinə görə təşəkkür edib. Futbolçu ilə müddəti mövsümün sonuna qədər olan müaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Qara Qarayev ötən ilin oktyabrından “qırmızı-ağlar”ın heyətində çıxış edirdi.

İdman.Biz