Reşford gələcəyi ilə bağlı planlarını açıqladı

Xəbərlər
24 Dekabr 2025 09:34
49
Reşford gələcəyi ilə bağlı planlarını açıqladı

İspaniyanın “Barselona” komandasının hücumçusu Markus Reşford əsas hədəfi barədə açıqlama verib.

İdman.Biz “Sport” nəşrinə istinadla xəbər verir ki, hücumçu müsahibəsində gələcəyi barədə danışaraq, “Barça”da qalmaq istədiyini söyləyib.

“Bu, mənim məqsədimdir… Amma bu, mənim çox çalışmaq və əlimdən gələni verməyim üçün səbəb deyil. Əsas məqsəd qələbə qazanmaqdır və “Barça” böyük və möhtəşəm klubdur, titul qazanmaq üçün qurulub”, - deyə Reşford vurğulayıb.

İdman.Biz