“Zirə” Türkiyədə iki yoxlama oyunu keçirəcək

Xəbərlər
23 Dekabr 2025 14:28
42
“Zirə” Türkiyədə iki yoxlama oyunu keçirəcək

“Zirə"nin qış hazırlıq planı bəlli olub.

İdman.Biz xəbər verir ki, Bakı klubu yanvarın 3-də Bakıda bir araya gələcək və ayın 10-a qədər hazırlığını paytaxtda davam etdirəcək.

Toplanışın ikinci mərhələsi isə yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində baş tutacaq. Burada iki yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

İdman.Biz
Məqalədə: