“Neftçi” Çempionlar Liqasında çıxış edən komanda ilə qarşılaşacaq

Xəbərlər
23 Dekabr 2025 15:55
46
“Neftçi” Çempionlar Liqasında çıxış edən komanda ilə qarşılaşacaq

“Neftçi"nin qış hazırlıq planı bəlli olub.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, komanda təlim-məşq toplanışına yanvarın əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində başlayacaq.

Bakı təmsilçisi orada üç yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Rəqiblərdən biri artıq dəqiqləşib. Bu, Qazaxıstanın “Kayrat” klubudur.

UEFA Çempionlar Liqasında çıxış edən Almatı təmsilçisi ilə qarşılaşmanın tarixi hələlik bəlli deyil.

İdman.Biz
Məqalədə: