Messinin bacısı ağır yol qəzasına düşüb - FOTO/VİDEO

Xəbərlər
23 Dekabr 2025 14:02
55
Messinin bacısı ağır yol qəzasına düşüb - FOTO/VİDEO

Argentina millisinin kapitanı Leo Messinin bacısı Maria Sol Messi ağır avtomobil qəzasına düşərək ciddi bədən xəsarətləri alıb.

İdman.Biz xəbər verir ki, qəza ABŞ-ın Mayami şəhərində baş verib və onun idarə etdiyi avtomobil nəzarətdən çıxaraq divara çırpılıb.

İlkin tibbi qiymətləndirmələrə görə, Maria Solun onurğa fəqərələrindən ikisi sınıb, topuq və bilək sümüyü zədələnib, həmçinin yanıq xəsarətləri də alıb.

Hazırda o həyati təhlükəni keçib və vəziyyəti stabildir, lakin uzunmüddətli reabilitasiya prosesinə ehtiyacı var.

Qəza onun yaxınlaşan evlilik mərasiminin təxirə salınmasına da səbəb olub. Maria Sol 2026-cı il yanvarın 3-də “İnter Mayami” gənclər komandasının məşqçilərindən olan Julian Tuli Arellano ilə evlənməliydi, lakin qəza bu planları dəyişdirib.

Qeyd edək ki, bir neçə il əvvəl Messinin qardaşı Matias da avtomobilə nəzarəti itirərək TIR-a çırpılmışdı.

İdman.Biz