İtaliya A Seriyası: “Fiorentina” “Udineze”ni darmadağın edib - VİDEO

Xəbərlər
22 Dekabr 2025 00:30
30
İtaliya A Seriyası: “Fiorentina” “Udineze”ni darmadağın edib - VİDEO

İtaliya A Seriyasının 16-cı turu çərçivəsində “Fiorentina” doğma meydanda “Udineze”ni 5:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, meydan sahiblərinin heyətində Moyze Kin dubl edib. Bundan başqa Rolando Mandraqora, Albert Qyudmundsson və Şer Ndur da fərqləniblər. Qonaqların heyətində yeganə qolu Umar Sole vurub.

Oyunun 8-ci dəqiqəsində “Udineze”nin qapıçısı Maduka Okoye kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. Onun yerinə qapıya Rezvan Sava keçib, müdafiəçi Kristian Kabaselle isə meydanı tərk edib.

Bu qələbə “Fiorentina” üçün cari mövsümdə A Seriyasında ilk uğur olub. Florensiya təmsilçisi 9 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 21 xalı olan “Udineze” isə 11-ci yerdədir.

İdman.Biz