Harri Keyn “İlin şəxsiyyəti” mükafatına layiq görülüb

Xəbərlər
22 Dekabr 2025 01:35
32
Harri Keyn “İlin şəxsiyyəti” mükafatına layiq görülüb

Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn “Kicker” jurnalının versiyasına görə “İlin şəxsiyyəti” mükafatına layiq görülüb.

İdman.Biz xəbər verir ki, mükafat Almaniya futbolunda ən seçilən simalara təqdim olunur və 1990-cı ildən etibarən verilir.

Qeyd edək ki, mükafat əvvəllər “İlin adamı” adı ilə tanınırdı.

Harri Keyn 2023-cü ilin yayında İngiltərənin “Tottenhem” klubundan “Bavariya”ya transfer olunub. İngilis hücumçu cari mövsümdə Almaniya Bundesliqasında 14 oyuna çıxaraq 18 qol vurub və 3 məhsuldar ötürmə edib. UEFA Çempionlar Liqasında 6 matçda 5 qolla yadda qalıb. Bundan əlavə, Almaniya Kubokunda 5 qol vuran futbolçu Superkubokda da bir dəfə fərqlənib.

Qeyd edək ki, Harri Keynin “Bavariya” ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Bu göstəricilər onun Almaniya futbolunda niyə “İlin şəxsiyyəti” seçildiyini bir daha təsdiqləyir.

İdman.Biz