Almaniya Bundesliqsı: “Maynz” və “Sankt Pauli” qolsuz bərabərə qaldı

Xəbərlər
21 Dekabr 2025 21:15
36
Almaniya Bundesliqsı: “Maynz” və “Sankt Pauli” qolsuz bərabərə qaldı

Almaniya Bundesliqasının 15-ci turu çərçivəsində keçirilən oyunda “Maynz” doğma meydanda “Sankt Pauli” ilə 0:0 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma ərzində hər iki komanda qapıya cəmi bir dəqiq zərbə endirib və hesab açılmayıb.

Bu nəticədən sonra “Sankt Pauli” 12 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. “Maynz” isə 8 xalla sonuncu – 18-ci yerdə qalıb.

Növbəti turda “Sankt Pauli” yanvarın 10-da evdə “Leypsik”i qəbul edəcək. “Maynz” isə həmin gün səfərdə “Union”lə üz-üzə gələcək.

İdman.Biz