“Çelsi” 15 oyunda üç sarı vərəqə alan və bir dəfə meydandan qovulan oyunçu ilə maraqlanır

Xəbərlər
21 Dekabr 2025 16:30
36
“Çelsi” 15 oyunda üç sarı vərəqə alan və bir dəfə meydandan qovulan oyunçu ilə maraqlanır

İngiltərənin “Çelsi” klubu yaxın transfer pəncərəsində müdafiə xəttini gücləndirə bilər.

İdman.Biz “Le Parisien” nəşrinə istinadla xəbər verir ki, “Çelsi” Fransanın “Renn” klubunda çıxış edən mərkəz müdafiəçisi Jeremi Jake ilə maraqlanır.

Mənbənin məlumatına əsasən, “zadəganlar” 20 yaşlı futbolçunun transferində əsas namizədlərdən biri hesab olunur. Jake 2024-cü ilin yanvarından “Renn”in formasını geyinir və onun klubla mövcud müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Transfermarkt portalının qiymətləndirməsinə görə, Jeremi Jakein bazar dəyəri 20 milyon avrodur (təxminən 36,8 milyon AZN). Fransa çempionatının cari mövsümündə müdafiəçi 15 matçda iştirak edib, 3 sarı vərəqə alıb və 1 dəfə meydandan qovulub.

İdman.Biz
Məqalədə: