“Turan Tovuz”un kapitanı: “Qış fasiləsi bizim xeyrimizə olacaq”

Xəbərlər
20 Dekabr 2025 16:40
42
“Turan Tovuz”un kapitanı: “Qış fasiləsi bizim xeyrimizə olacaq”

“Kəpəz”lə matç qərb derbisi olduğu üçün çox gərgin keçir. Şükürlər olsun ki, qələbə qazanıb azarkeşlərimizi sevindirdik”.

Bu sözləri “Turan Tovuz”un kapitanı Faiq Hacıyev deyib.

O, Misli Premyer Liqasının 16-cı turu çərçivəsində “Kəpəz”ə qalib gəldikləri oyunu haqda fikirlərini bölüşüb.

“Son oyunlarda nəticələrimiz ürəkaçan deyildi. Bu, hər komandanın yaşaya biləcəyi haldır. Qış fasiləsi bizim xeyrimizə olacaq. Hazırlaşıb, nəticələrimizi yaxşılaşdıracayıq. Heyəti baş məşqçi müəyyənləşdirir. Onun qərarına hörmətlə yanaşıram. Nə zaman şans versə, əlimdən gələni edəcəm”, - deyə o, sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, “Kəpəz” - “Turan Tovuz” qarşılaşması meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

İdman.Biz