“Turan Tovuz” “Kəpəz” ilə matça ciddi itki ilə çıxacaq

Xəbərlər
19 Dekabr 2025 13:37
44
“Turan Tovuz” “Kəpəz” ilə matça ciddi itki ilə çıxacaq

Bu gün Misli Premyer Liqasının 16-cı turu çərçivəsində Yevlaxda “Kəpəz”in qonağı olacaq “Turan Tovuz” oyuna bir neçə itki ilə çıxacaq.

İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, “boz qurdlar”ın sözçüsü Süleyman Tağıyev məlumat verib.

“Cəzalı oyunçu yoxdur. Hələ debüt edə bilməyən David Tavareşi nəzərə almasaq, zədə səbəbindən dörd futbolçu “Kəpəz”ə qarşı oynamayacaq. Bunlar Şəhriyar Əliyev, Veysəl Rzayev, Abdulla Rzayev və İbrahima Vadjidir”.

Qeyd edək ki, “Kəpəz” - “Turan Tovuz” qarşılaşması 14:00-da başlayacaq.

İdman.Biz