“Fənərbağça”dan Taliska barədə səs-küylü qərar

Xəbərlər
18 Dekabr 2025 14:27
52
“Fənərbağça”dan Taliska barədə səs-küylü qərar

Türkiyə nəhəngi braziliyalı ulduza iki illik, 10 milyon avroluq yeni müqavilə təklif etməyə hazırlaşır.

Türkiyənin “Fənərbağça” klubunda çıxış edən Anderson Taliska ilə bağlı mühüm qərar verilib.

İdman.Biz “Haberler” saytına istinadla xəbər verir ki, klub rəhbərliyi baş məşqçi Domeniko Tedeskonun hesabatı əsasında 31 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə danışıqlarına başlamağa hazırlaşır.

“Fənərbaxça” Taliskanın komandada qalmasını istəyir və bu məqsədlə ona iki illik yeni müqavilə təklif etməyi planlaşdırır.

Məlumata görə, təklif edilən müqavilənin ümumi dəyəri 10 milyon avro (təxminən 18,5 milyon AZN) təşkil edəcək. Razılaşmada sabit məbləğlə yanaşı, qol və məhsuldar ötürmələrə, eləcə də komandanın turnirlərdəki uğurlarına bağlı bonus bəndlərinin də yer alacağı bildirilir.

Qeyd edək ki, Anderson Taliska ötən mövsümün ara transfer dövründə “Fənərbaxça”ya qoşulub. O, 47 oyunda 25 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Bu göstəricilər braziliyalı futbolçunun komandadakı əhəmiyyətini bir daha ön plana çıxarıb.

İdman.Biz