“Araz-Naxçıvan”da futbolçulara böyük mükafat xəbərlərinə münasibət bildirildi - İDMAN.BİZ-ə AÇIQLAMA

Xəbərlər
17 Dekabr 2025 14:08
84
“Araz-Naxçıvan”da futbolçulara böyük mükafat xəbərlərinə münasibət bildirildi - İDMAN.BİZ-ə AÇIQLAMA

Bəzi yerli KİV-lərdə “Araz-Naxçıvan” futbol klubunun rəhbərliyinin Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Kəpəz”lə (0:1) oyundan öncə komandanın kuboku qazanacağı təqdirdə futbolçulara 500 min manat məbləğində mükafat vəd etdiyi barədə məlumat yayılıb.

“Araz-Naxçıvan”ın idman direktoru Eldəniz Yusubov bu məlumatları İdman.Biz-ə qismən təsdiqləyib.

“Bəli, biz mükafat vəd etmişdik, lakin yalnız kuboku qazanacağımız təqdirdə, turnirin hansısa mərhələsini keçdiyimizə görə yox. Üstəlik, KİV-də yazılan məbləğdə də deyildi. Vəd olunan məbləği açıqlamaq istəmirəm, amma ən azı iki dəfə az idi. Təəssüf ki, komandamız 1/8 final mərhələsindən irəli gedə bilmədi”, – deyə Eldəniz Yusubov bildirib.

Vüqar Vüqarlı

İdman.Biz