FIFA 2026 Dünya Çempionatı öncəsi bilet qiymətlərinə edilən sərt tənqidlər fonunda hər oyuna hər iki komandanın tərəfdarları üçün qiymət endirimlərinə gedib.
İdman.Biz xəbər verir ki, bu addım “dünya çempionatı tarixinin ən bahalı biletləri” kimi yönələn tənqidlərə cavab olaraq atılıb.
Qiyməti 60 dollar (təxminən 102 AZN) olan biletlərin təqdim olunacağını açıqlanıb.
Məlumata görə, FIFA tərəfindən təklif edilən ucuz bilet kateqoriyası hər oyunda stadion tutumunun təxminən 1,6 faizi üçün əlçatan olacaq.
Bu qərar, az büdcəli azarkeşlərin də turniri canlı izləyə bilməsi üçün atılmış addım kimi qiymətləndirilir, lakin bəzi tərəfdarlar bu biletlərin sayının yetərli olub-olmayacağını sual altına alır.
