Norveç millisinin və “Mançester Siti”nin hücumçusu Erlinq Holand Santa Klaus geyimində Mançester şəhərində evləri gəzərək uşaqları sevindirib.
İdman.Biz xəbər verir ki, görüntünü futbolçu öz sosial şəbəkə hesabında paylaşıb.
Norveçli hücumçu ailələrdən birində “Mançester Yunayted” azarkeşi olan yeniyetmə ilə də görüşüb.
E.Holand zarafatla həmin fanatı “pis uşaqlar siyahısına” salacağını bildirib.
Bununla yanaşı, o, hazırda çətin günlər keçirən “Mançester Yunayted” azarkeşlərinə əvvəlcə hədiyyə vermək lazım olduğunu qeyd edib.
Futbolçunun bu addımı sosial şəbəkələrdə maraq və gülüşlə qarşılanıb.
