İngiltərənin “Mançester Siti” komandasının və İtaliya millisinin qapıçısı Canluici Donnarumma FIFA tərəfindən “ilin ən yaxşı qapıçısı” adına layiq görülüb.
İdman.Biz xəbər verir ki, nüfuzlu mükafat mövsüm ərzində göstərdiyi stabil və yüksək səviyyəli performansın nəticəsi kimi təqdim olunub.
Donnarumma klub və milli komanda səviyyəsində həlledici anlarda etdiyi qurtarışlarla diqqət çəkib və səsvermədə digər namizədləri qabaqlayıb.
FIFA ekspertləri onun xüsusilə böyük turnirlərdə və vacib oyunlarda komandasına verdiyi töhfəni yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Canluici Donnarumma son illərdə dünyanın ən güclü qapıçılarından biri kimi qəbul olunur və bu mükafat onun karyerasında daha bir mühüm fərdi uğur kimi tarixə düşüb.
