Bruno Fernandeş: “Bir gün Səudiyyədə oynamalı olsam, oynayacağam”

Xəbərlər
16 Dekabr 2025 18:04
43
Bruno Fernandeş: “Bir gün Səudiyyədə oynamalı olsam, oynayacağam”

İngiltərənin “Mançester Yunayted” komandasının kapitanı Bruno Fernandeş karyerasının mümkün davamı ilə bağlı açıq mövqe sərgiləyib.

İdman.Biz xəbər verir ki, “Canal11”ə müsahibəsində portuqaliyalı yarımmüdafiəçi Səudiyyə Ərəbistanında oynamaq variantını istisna etmədiyini bildirib.

“Əgər bir gün Səudiyyə Ərəbistanında oynamaq məcburiyyətində qalsam, oynayacağam. Həyat tərzim dəyişəcək, uşaqlarım günəşli mühitdə böyüyəcək. Mançesterdə altı il soyuq və yağışlı günlər keçirmişəm. İndi isə inkişaf edən liqada, tanınmış futbolçularla çıxış edə bilərəm”, - deyə Fernandeş vurğulayıb.

Bruno ötən yay “Əl Hilal”la mümkün keçidin baş tutmamasına da toxunub. Onun sözlərinə görə, maliyyə baxımından fərq böyük olsa da, bu, qərarverici amil olmayıb:

“Mən çox yaxşı maaş alıram, amma fərqin böyük olduğu da açıqdır. Lakin bu, məni yönləndirən əsas səbəb olmayıb”.

Yarımmüdafiəçi əlavə edib ki, klubu məcbur etməyi heç vaxt düşünməyib:

“Gedə bilərdim və bunu zorla etdirməyə çalışardım, amma özümü heç vaxt belə bir mövqedə görmədim. Empatiya və bağlılıq hiss edirdim”.

İdman.Biz