“Qəbələ” və “Neftçi”nin sabiq çalışdırıcısı yenidən Qazaxıstanda

Xəbərlər
16 Dekabr 2025 14:55
51
“Qəbələ” və “Neftçi”nin sabiq çalışdırıcısı yenidən Qazaxıstanda

“Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk yenidən fəaliyyətə başlamağa hazırlaşır.

İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis yenidən Qazaxıstanda çalışmağa yaxındır.

Məlumata görə, 60 yaşlı çalışdırıcı sabiq komandası “Astana”nın “sükanı arxasına” keçmək üzrədir. “Astana” rəhbərliyinin hazırda Qriqorçukun meneceri ilə danışıq apardığı bildirilir.

Roman Qriqorçuk daha əvvəl 2018-2020-ci illərdə “Astana”nı çalışdırıb. O, həmin müddətdə komandaya 2 dəfə Qazaxıstan Premyer Liqasının və 3 dəfə Superkubokun qələbəsini qazandırıb.

Xatırladaq ki, Roman Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”ni, 2024-cü ildə isə “Neftçi”ni çalışdırıb.

İdman.Biz

Məqalədə: