“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqada cari mövsüm debüt edən dördüncü əcnəbi mütəxəssis olub.
İdman.Biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis “Neftçi”ni 15-ci turda “Sumqayıt”la ev oyununa (2:2) çıxarıb.
Buna qədər Saşa İliç (“Sumqayıt”) və Jorj Kaşkilya (“İmişli”) I, Valdas Dambrauskas (“Sabah”) ikinci turda debüt edib.
Bununla da Misli Premyer Liqa tarixində baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 69-a çatıb. Yuri Vernidub Misli Premyer Liqa tarixində 10-cu ukraynalı baş məşqçidir.
O, “Neftçi”ni Azərbaycan çempionatlarında oyuna çıxaran ümumilikdə 33-cü mütəxəssisdir. Yuri Vernidub “ağ-qaralar”ın doqquzuncu legioner, üçüncü ukraynalı çalışdırıcısı olub.
