Ukraynanın “Şaxtyor Donetsk” klubunun baş məşqçisi Arda Turan komandasının 5:0 hesablı qələbə qazandığı oyundan əvvəl soyunub-geyinmə otağında etdiyi çıxışın görüntüləri yayılıb.
İdman.Biz xəbər verir ki, baş məşqçi futbolçularla oyundan öncə emosional və motivasiyaedici söhbət aparıb.
Mütəxəssis qarşılaşmanın nəticəsinə baxmayaraq, məhz matçdan əvvəl komandanı psixoloji baxımdan hazırlamağın vacibliyini ön plana çıxarıb.
Qeyd olunur ki, Turanın bu çıxışı futbolçular arasında yüksək motivasiya yaradıb və komanda meydanda tam üstün oyun nümayiş etdirərək böyükhesablı qələbə qazanıb.
Xatırladaq ki, bir neçə gün əvvəl klub Arda Turanın istəyi ilə “LNZ Çerkası”nın formasını geyinən 22 yaşlı nigeriyalı cinah hücumçusu Prosper Obahı transfer edib.
