Almaniya Bundesliqasının 14-cü turunda “Frayburq”la Dortmund “Borussiya”sı arasında keçirilən qarşılaşma heç-heçə ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, görüşdə hesab 1:1 olub. Matçın 31-ci dəqiqəsində Rami Bensebaini qonaqları önə çıxarıb. Lakin 53-cü dəqiqədə Dortmund təmsilçisi azlıqda qalıb - Cob Bellinqem birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Say üstünlüyündən yararlanan “Frayburq” 75-ci dəqiqədə Lukas Hölerin qolu ilə tarazlığı bərpa edib.
Bu nəticədən sonra “Frayburq” 17 xalla Bundesliqa turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 29 xala malik “Borussiya Dortmund” isə üçüncü yerdədir.
