İngiltərənin “Vest Hem Yunayted” klubu heyətini ABŞ millisinin hücumçusu Coş Sargentlə gücləndirməyi nəzərdən keçirir.
İdman.Biz "The Sun" bəşrinə istinadla xəbər verir ki, klub bu transferi yanvar ayında reallaşdırmaq niyyətindədir.
Baş məşqçi Nunu Eşpiritu Santu amerikalı futbolçunu Niklas Füllkruqun mümkün gedişi fonunda hücum xətti üçün alternativ kimi görür. Alman forvardın Bundesliqaya qayıtma ehtimalı var.
Mənbə bildirir ki, “Vest Hem Yunayted” Coş Sargentin transferini 15 milyon funt sterlinqə (təxminən 31,9 milyon AZN) başa çatdırmağa ümid edir.
Qeyd edək ki, Coş Sargent ABŞ futbol akademiyalarının və Almaniyanın “Verder” klubunun yetirməsidir. O, 2021-ci ildən “Norviç Siti”nin formasını geyinir. Hücumçu cari mövsümdə 21 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
