İngiltərə Premyer Liqasının 16-cı turunda “Kristal Palas” Londonda “Mançester Siti”ni qəbul edib.
İdman.Biz xəbər verir ki, “Selhurst Park” stadionunda keçirilən qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 41-ci dəqiqəsində norveçli hücumçu Erlinq Holand hesabı açaraq “Mançester Siti”ni irəli çıxarıb. 69-cu dəqiqədə Filip Foden fərqi iki topa çatdırıb. Qarşılaşmanın sonuna yaxın, 89-cu dəqiqədə Holand penaltini dəqiq yerinə yetirərək dubla imza atıb.
Bu qələbə “Mançester Siti”yə xallarının sayını 34-ə çatdırmağa imkan verib. Eyni sayda oyun keçirən lider “Arsenal”dan fərq iki xaldır. “Kristal Palas” isə 16 oyundan sonra 26 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.
