"Qarabağ"ın prezidenti Əkbərlə görüşdü

Xəbərlər
14 Dekabr 2025 19:50
67
"Qarabağ"ın prezidenti Əkbərlə görüşdü

"Qarabağ"ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının VI turunda “Qarabağ” - “Ayaks” oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı azarkeş Əkbər Zülfüqarovla klub bazasında görüşüb.

İdman.Biz xəbər verir ki, Premyer Liqanın 15-ci turunun "Qarabağ" - "Araz-Naxçıvan" oyunundan öncə baş tutan görüş zamanı Tahir Gözel Əkbərlə söhbətləşib, onun oyunla bağlı təəssüratlarını dinləyib, sonda klub prezidenti azyaşlı azarkeşə klubun formasını təqdim edib.

İdman.Biz