Azər Bağırov: “Bu oyun 9 xala bərabər idi”

Xəbərlər
14 Dekabr 2025 17:45
61
Azər Bağırov: “Bu oyun 9 xala bərabər idi”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 15-ci turunda “Qəbələ” üzərində qazanılan minimal hesablı (1:0) qələbədən sonra keçirilən mətbuat konfransında oyunu şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis qarşılaşmanın yüksək tempdə keçdiyini bildirib.

“Maraqlı və açıq oyun oldu. Hər iki komanda hücum futboluna üstünlük verirdi. Qol epizodlarımız çox idi, amma yenə də hamısını reallaşdıra bilmədik. Bu məqam məşqçilər korpusu üçün ciddi narahatlıq yaradır. Məncə, bu görüş 9 xala bərabər idi. Bu qələbə ilə həm “Qəbələ”ni arxada qoyduq, həm də “Karvan-Yevlax”dan bir qədər uzaqlaşdıq”.

Ohori barədə danışan baş məşqçi futbolçunun inkişaf etdiyini vurğulayıb: “Heyətimizin böyük hissəsi yerli oyunçulardır. Səhvsiz futbol olmur. Əsas məsələ mübarizə aparmaqdır. Ohori bir neçə mövqedə oynayır və tapşırıqların öhdəsindən gəlir”.

Luis Paçunun ehtiyatda qalmasına da aydınlıq gətirən Bağırov bunun taktiki seçim olduğunu bildirib: “‘Qəbələ’ arxadan topla çıxmağı yaxşı bacarır. Ehtiram Şahverdiyev öndə daha effektiv pressinq edir. Bu səbəbdən start heyətində ona üstünlük verdik”.

İdman.Biz

Məqalədə: