Van Deyk: “Mən Salaha son sözümü demişəm”

Xəbərlər
14 Dekabr 2025 17:00
70
Van Deyk: “Mən Salaha son sözümü demişəm”

İngiltərənin “Liverpul” komandasının kapitanı Vircil van Deyk komanda yoldaşı Məhəmməd Salahın mövsümün qalan hissəsi və gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, niderlandlı müdafiəçi Salahın komandaya qayıdaraq əsas rol oynamağa davam etməsini arzuladıqlarını deyib.

“Hamımız ümid edirik ki, Salah qayıdacaq və mövsümün qalan hissəsində bizim üçün vacib olacaq. Amma futbolu hamımız tanıyırıq və nə olacağını bilmirik”, - deyə kapitan vurğulayıb.

Van Deyk hücumçunun komandadakı lider rolunu xüsusi vurğulayıb:

“Ümid edirəm ki, o qalacaq, çünki o, mənim liderlərimdən biridir və bizim üçün çox önəmlidir”.

Kapitan Salahla aralarında baş tutan söhbətə də toxunub:

“Mən Mo Salaha qalmasını istədiyimi demişəm. Qalanını sizə danışmayacağam. Onun yanımızda olmasını çox istərdim. Amma fakt budur ki, o, Afrika Millətlər Kubokuna yollanacaq”.

İdman.Biz