İspaniyanın “Real Madrid”nun klubu Almaniyanın “Bavariya” komandasının mərkəz müdafiəçisi Dayot Upamekano ilə bağlı transfer planları irəliləyib.
İdman.Biz “Footmercato”ya istinadla xəbər verir ki, Madrid təmsilçisi fransalı futbolçu ilə şəxsi müqavilənin şərtləri üzrə şifahi razılıq əldə edib. “Real” oyunçunun nümayəndələrinə bütün tələbləri qəbul etməyə hazır olduğunu bildirib ki, bu da tərəfləri razılaşmanın tamamlanmasına xeyli yaxınlaşdırıb.
27 yaşlı müdafiəçinin “Bavariya” ilə müqaviləsi gələn ilin yayında başa çatır. Bu halda o, yeni kluba azad agent kimi keçə bilər. Bununla belə, Münhen klubu Upamekanonu müqaviləni uzatmağa razı salmaq üçün danışıqları davam etdirir.
Fransalı futbolçu cari mövsümdə “Bavariya”nın heyətində bütün turnirlərdə 20 oyuna çıxıb və 1 qol vurub. Transfermarkt portalının məlumatına əsasən, müdafiəçinin bazar dəyəri 60 milyon avro təşkil edir.
