İngiltərənin “Liverpul” komandasının baş məşqçisi Arne Slot hücumçu Məhəmməd Salah haqqında sualı cavablandırıb.
İdman.Biz ESPN-ə istinadla xəbər verir ki, Slot Mo Salahın Afrika Millətlər Kubokundan (AFCON) sonra komandaya qayıtmasını istəyib və aralarında həll olunmalı heç bir problem olmadığını deyib.
“Bəli, mən istəyərdim ki, o AFCON-dan sonra geri qayıtsın. Salah bütün oyunçular kimi fanatlara təşəkkür etməyi seçib, bu isə ayrılıq nişanəsi deyil. Ümid edirəm ki, o AFCON-da yaxşı çıxış edəcək. Salah AFCON müddətində komandadan ayrı olacaq, lakin mövcud heyətlə davam edəcəyik. Komandada onun üçün yer var”, – deyə baş məşqçi vurğulayıb.
