İtaliyanın “Komo” klubunda çıxış edən Alvaro Moratanın adı zədə xəbərləri ilə gündəmə gəlib. İspaniyalı hücumçunun sol budun daxili əzələsində ağır dərəcəli zədə aşkarlanıb.
İdman.Biz “Tegola” nəşrinə istinadla xəbər verir ki, Morata adduktor əzələsindəki ciddi zədə səbəbindən uzunmüddətli fasilə verməli olacaq. Tibbi heyətin rəyinə görə, futbolçu yalnız mart ayında yenidən meydana qayıda biləcək.
Bu zədə “Komo”nun hücum xətti üçün ciddi itki sayılır. Klubun yaxın aylardakı planlarında Moratanın yoxluğu əsas problemlərdən biri olacaq. Təcrübəli futbolçunun reabilitasiya prosesinə artıq start verildiyi bildirilir.
